İxtisas istiqamətləri, əldə edilən uğurlar

   

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin (İsmayıllı DPTM) əməkdaşları təbliğat-təşviqat fəaliyyətləri istiqamətində tədbirlər planına uyğun olaraq İsmayıllı rayonunun Sumağallı kənd tam orta məktəbinin şagirdləri ilə görüş keçirib.

Görüşdə İsmayıllı DPTM-də növbəti tədris ilində tədris edilməsi planlaşdırılan ixtisas istiqamətləri, əldə edilən uğurlar, tələbə həyatı, tələbələrin yataqxanadan istifadə, yerli və beynəlxalq seminar və təlimlərdə, layihələrdə iştirak imkanlarından bəhs edilib.

Şagirdlərlə görüşdə İsmayıllı DPTM-in regionda əsas işəgötürənlərlə əməkdaşlıq fürsətləri və təhsil müddətində istehsalat və təlim-təcrübə imkanlarından söhbət açılıb.

 

Şərh Yaz