Kitabxanada kitab təqdimatı  

     

Şair-publisist Hacıməmməd Məmmədovun bu yaxınlarda çapdan çıxan kitabının İsmayıllı rayon  Uşaq kitabxanasında təqdimatı  keçirilib. Müəllif  “Həyat həqiqətləri” adlandırdığı kitabının bir neçə nüsxəsini kitabxanaya hədiyyə edib.

Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, şair-publisist Şahməmməd Dağlaroğlu açıb. Şəhidlərimizin və son vaxtlar dünyasını dəyişən qələm dostlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllif kitab və kitabın ərsəyə gəlməsi haqqında fikirlərini söyləyərək tədbirin təşkilinə və ev sahibliyinə görə İsmayıllı rayon MKS-nin Uşaq kitabxanasının müdiri İnqa Namazovaya və rəhbərlik etdiyi kiçik kollektivə minnətdarlıq edib.

Ürək sözlərini qeyd etməklə iştirakçılar kitab bağışlayan müəllifə qələm dostları- Əvəz Küskün, Tahir Rəcəb, Mehriban İbrahimova, Rüstəm Məbudoğlu, Roman Səfərov yeni-yeni yaradıcılıq uğurları arzulayıblar..

Kitab müəllifinin uşaqlıq çiyindaşı Nəriman Qəniyevin tədbirdə iştirakı müzakirələrə xüsusi rəng qatıb.

Müəllif haqqında geniş məlumat verərək, tədbirin yüksək səviyyədə təşkili üçün kitabxana rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib.  O həmçinin qeyd edib ki,  kitabxanada təşkil olunan bu cür tədbir kitaba – Azərbaycan ədəbiyyatına, onun yaradıcılarına göstərilən qayğıdır.

Ədəbiyyat həvəskarı kimi tədbirdə iştirak edən “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvü Vəkil Bəkirov sözə, sənətə dəyər verən bir insan olduğunu burada da təsdiqləyib. O da kitab müəllifinə xoş ürək sözlərini söyləyib, onu təbrik edib.

Tədbirin sonunda İsmayıllı ədəbi mühitinin fəallarına “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvlük vəsiqələri təqdim olunub.

 L.Məmmədova

 

Şərh Yaz