Maraqlı proqram xoş ovqat bəxş edib                

 

İyunun 14-də İsmayıllı rayonu T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan “Son zəng” tədbirində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qalacıq kənd İƏD üzrə nümayəndəsi Təbriz Eminov, Qalacıq kənd bələdiyyəsinin nümayəndəsi Əjdər Şirinov, təhsil ictimaiyyətinin nümayəndələri, məzunlar, valideyn komitəsi üzvləri, valideyn-müəllim assosiasiyaları rəhbərləri, ictimaiyyət nümayəndələri və müəllimlər iştirak ediblər.

Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə mahnılar oxunub, rəqs və kompozisiyalar nümayiş etdirilib. Maraqlı proqram tədbirə xoş ovqat bəxş edib.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və Diplomlarla təltif olunublar.

E.Qasımova

Şərh Yaz