Azərbaycançılıq və vətəndaşlıq borcumuz
12 dekabr 2022-ci il tarixdə İsmayıllı İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ili ilə əlaqədar rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Həmin gün Mərkəzdə anım gününə həsr olunmuş dəyirmi masa keçirilib. Mərkəzin direktoru Mayıl Fərəcov,
Ümummilli liderin mənalı ömür yolu barədə ətraflı məlumat verib. O bildirib ki, məhz Ulu öndərin siyasi iradəsi, uzaqgörənliyi, gərgin əməyi sayəsində biz bu gün Azərbaycan adlı ölkənin vətəndaşı olmağımızla fəxr edirik. Bu fəxarət bizi daha işgüzar, daha vətənpərvər, mətin və mübariz olmağa səsləyir.
Biz dostlarımızın əlindən bərk tutmalı, düşmənlərimizə daha kəskin nifrət nümayiş etdirməliyik. Azərbaycanın uğurlu sabahları bugünkü mövqe və bacarığımızdan asılıdır. Tutduğumuz yol Ulu öndərin göstərdiyi yoldur. Uğurlu, işıqlı gələcək məhz bu yoldadır. Bizə bəxş etdiklərinə görə Ulu öndəri hörmətlə və ehtiramla anırıq. Bu bizim azərbaycançılıq, vətəndaşlıq borcumuzdur.