Ürəklərdə tarix boyu yaşayacaq dahi şəxsiyyət
Ümummilli lider Heydər Əliyevin vəfatından 19 il keçir. Bu münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatın məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, təhsil ocaqları tərəfindən ümummilli lider Heydər Əliyevin şəhər mərkəzindəki abidəsi gün ərzində ziyarət olunub, abidə önünə güllər düzülüb. Ürəklərdə tarix boyu yaşayacaq dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.