Arzuları yarımçıq qalmayan şəxsiyyət

Bu gün – 12 dekabr 2022-ci il tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfar etməsinin 19-cu anım günüdür. Dünya azərbaycanlıları, tərəqqipərvər bəşəriyyət tərəfindən dərin hörmətlə anılan Ulu öndərə Allah rəhmət eləsin.

Anım günü münasibətilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, baş həkim Nərgiz Rəhimova və xəstəxananın kollektivi Ulu öndərin abidəsini ziyarət edib, abidənin önünə tər gül dəstələri qoyublar.

Görkəmli siyasi xadim, müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin Azərbaycanla bağlı olan arzularını, planlarını yarımçıq qalan işlərini bu gün cənab Ali Baş Komandan İlham Əliyev layiqlə yerinə yetirir.

Bu gün Heydər Əliyev kursunun davamçısı Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirib.

Azərbaycan 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatları ilə ərazilərimizi işğaldan təmizləyib.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan qələbə qazanıb, ordumuzun apardığı əməliyyatlar isə müasir hərb tarixinin müzakirəsinə çevrilib.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla anır və onun əziz xatirəsi xalqımızın, xüsusən də biz tibb işçilərinin qəlbində daim yaşayacaqdır.

Günay Zeynalova

Şərh Yaz