Aktual mövzuda ədəbi-bədii gecə keçirilib

14 dekabr 2022-ci il tarixində İsmayıllı rayon Mərkəzi kitabxanasında Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Şuşa, sən azadsan!” mövzusunda ədəbi-bədii gecə keçirildi.

Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşunaslıq Muzeyi, Rəsm Qalereyası, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi və müəssisənin əməkdaşları iştirak etdilər.

İlk öncə tədbirdə Dövlət himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kitabxananın əməkdaşları Aytəkin Dəmirova və Aygün Quluzadə Azərbaycanın mədəniyyət mərkəzi, Qarabağın tacı olan Şuşa haqqında ətraflı məlumat verərək bildirdilər ki, Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Şuşamızın gözü 28 il idi ki, yollarda qalmışdı. O, həsrətlə doğmaları ilə qovuşacağı, yağı düşmənin caynağından qurtulacağı günü gözləyirdi.
V
ə 8 noyabr 2020-ci ildə II Qarabağ müharibəsi zamanı Şuşa işğaldan azad edildi. Bu gözəl torpağı azad etmək heç də asan başa gəlməmişdir. İgidlərimiz əlbəyaxa döyüşlə bu torpağı canları, qanları bahasına geri aldılar.
Az
ərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Şuşa və digər şəhər, qəsəbə, kəndlərimiz işğaldan azad edildi. “Əziz Şuşa, sən azadsan!”, ”Biz səni dirçəldəcəyik!” şuarları hər bir azərbaycanlının ruhunu oxşadı.
Sonra kitabxanan
ın digər əməkdaşları İlahə Hüseynova, Könül Mirzəliyeva, Ruhiyyə Nuğayeva, Pəri Səmədova Şuşanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında qısa məlumat verdilər.

Daha sonra kitabxananın fəal oxucuları – Arzu İbrahimova, Xədicə Kərimli, Nəzrin Kərimli, Heydər Nuğayev, Ləman Nayeva, Mehman Abdullayev, Arzu Abdullayeva və digər şagirdlər tərəfindən Şuşaya həsr olunmuş şeirlər səsləndirildi, mahnılar ifa olundu.

Sonda müəssisənin rəhbəri Orxan Ağayev tədbirdə iştirak edən hər bir kəsə öz minnətdarlığını bildirdi. Tədbirin fəal iştirakçıları Təşəkkürnamə ilə təltif olundu. Kollektivlə xatirə şəkli çəkildi.

Esmira Mikayılova

Şərh Yaz