Xalid Əlimirzəyev-90

Qəbələ rayonundakı Mədəniyyət sarayında filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə yaddaqalan, nümunəvi həyat yolu keçmiş alimin yaxınları, tələbələri, övladları ilə yanaşı respublikanın bir çox bölgələrindən gəlmiş qonaqlar da iştirak ediblər.

İsmayıllı Yazarlarıədəbi-ictimai birliyi və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvlərindən bir qrupu tədbirin iştirakçıları sırasında olub. Qrupun ağsaqqal nümayəndəsi şair Əvəz Küskün çıxışında X.Əlimirzəyevlə bağlı Tədbirdə tanınmış alimin adının əbədiləşdirilməsi təşəbbüsü diqqət çəkən məsələ kimi yüksək qiymətləndirilib, alqışlarla qarşılanıb.

Çıxışlardan sonra yubiley təşkilatçılarına Xalid Əlimirzəyevin həyat və fəaliyyətini əks etdirən film təqdim olunub, xatirə şəkilləri çəkilib.

İsmayıllı xəbərləri”

Şərh Yaz