O Azərbaycanı təmsil edir

Ağamalıyeva Günay Səfdər qızı 1995-ci ildə İsmayıllı şəhərində anadan olmuşdur. Orta təhsilini İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə almış, həmin illərdə F.Əzimov adına Uşaq İncəsənət məktəbini fortepiano ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. Ağamalıyeva 2016-cı ildə Bakı Slavyan Universitetində bakalavr dərəcəsini, 2018-ci ildə isə Bakı Dövlət Universitetində “Təhsildə Monitorinq və Qiymətləndirilmə” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir. 2019-cu ildən Bakı Dövlət Universitetinin doktorantura pilləsində “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə təhsilini davam etdirir. 

Təhsil aldığı illər ərzində Bakı şəhərində müxtəlif məktəblərdə dərs deyən Ağamalıyeva, 2017-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda baş laborant və daha sonra kiçik elmi işçi kimi (mərhum) professor, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin rəhbərliyi altında çalışmışdır. 2018-ci ildən Bakı Dövlət Universitetində saathesabı müəllim kimi fəaliyyət göstərir. 

2022-ci ildə G.Ağamalıyeva ABŞın universitet müəllimlərinin peşəkar inkişafı üçün ən mötəbər proqramı olan Fulbright Faculty Development Programının ən gənc qalibi olmuşdur. Hal-hazırda o, Massaçusetts Universitetində qonaq alim  (Visiting Scholar) kimi tədqiqat aparır. 

14 noyabr 2022-ci ildə Günay Ağamalıyeva Fulbright Assosiyasiyasının Boston Universitetində təşkil etdiyi tədbirdə “Sarı Gəlin“i ifa etmiş (piano və vokal) və çıxışını Azərbaycanın Zəfər Gününün 2-ci ildönümünə həsr etdiyini bildirmişdir.

İsmayıllı xəbərləri”

Şərh Yaz