Yay düşərgəsində təlim

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev adına Parkda günərzi yay düşərgəsi təşkil edilib.

Düşərgənin proqramına əsasən ilk olaraq rəsmi açılış edilib. Daha sonra düşərgə iştirakçıkarına İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul əməkdaşı Nərgiz Əlövsətli tərəfindən “Erkən nigahın fəsadları və ona qarşı mübarizə” mövzusunda təlim keçirilib.

Asudə vaxtın səmərəli təşkil edilməsi məqsədilə keçirilən intellektual-əyləncəli oyunlar, idman növləri üzrə müxtəlif yarışlar düşərgə iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Düşərgədə həmçinin kamp təcrübəsi, çadırların qurulması və yığılması təlimi keçirilib.

Sonda isə düşərgə iştirakçıları İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinə səfər ediblər.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən bu tip düşərgələrin növbəti günlərdə də keçirilməsini planlaşdırıb.

Şərh Yaz