Yeni mərhələyə qədəm qoyulub
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin birgə təşkilatşılığı ilə 11 avqust 2022-ci il tarixdə 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları və fəal gənclər iştirak ediblər. İlk öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhadətə yüksəlmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsi 12 Avqust – Beynəlxalq Gənclər Gününün təntənəli şəkildə qeyd edilməsi və fəal gənclərin qiymətləndirilməsi məqsədini daşıyıb. İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov əlamətdar gün münasibətilə gəncləri təbrik edərək bildirib ki, onların inkişaf və bacarıqlarını yüksək səviyyədə qiymətləndirən Ulu öndərin ən böyük xidmətlərindən biri onların problemlərinin həlli istiqamətində bu və ya digər mövzularda xüsusi tədbirlərin keçirilməsi olub. Uzaqgörən siyasətin formalaşdırdığı gənclər sektoru bu gün artıq yeni mərhələyə qədəm qoyduğunu rəsmən elan edib.
Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin direktoru Günel Alızadə öz çıxışlarında Azərbaycan gənclərinin ölkənin dəyərli vətəndaşları olduqlarını bildirərək, aparılan uğurlu siyasətin bu gənclərin ölkə həyatının bütün sahələrindəki fəallıqlarının artırılmasına yüksək təsir göstərdiyini vurğulayıblar.
Sonda gənclər tədbir təşkilatçıları tərəfindən bu gün münasibətilə və İsmayıllı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlarla təltif edilib, gənclər tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçirilib və xatirə şəkli çəkilib.