Profilaktik peyvəndlərin rolu

Bir sıra yoluxucu xəstəliklərin, o cümlədən bəzi uşaq infeksiyalarının qarşısının alınmasında profilaktik peyvəndlərin tətbiqinin böyük rolu olmuşdur. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Qanuna və Milli peyvənd təqviminə uyğun olaraq hal-hazırda ölkəmizdə 9 peyvənd materialı ilə 11 yoluxucu xəstəliyə qarşı immunlaşma tədbiri aparılır. Bunun da nəticəsində həmin xəstəliklərin qeydə alınması kəskin surətdə azalmışdır. Ümumdünya Səhiyyə Təşkilatınıntəkliflərinə uyğun olaraq vaxtaşırı Milli peyvənd təqvimində dəyişikliklər aparılaq yeni peyvəndlər və ya peyvənd turları əlavə olunur. Səhiyyə Nazirliyinin 25 aprel 2022-ci il tarixli 98 nömrəli əmrinə uyğun olaraq aparılmış dəyişikliklərin bu ilin iyun ayından tətbiqinə başlanılmışdır. Dəyişikliklərə uyğun olaraq yenidoğulmuşlara vərəm əleyhinə BSJ peyvəndi həyatın birinci 12 saatında vurulur. Həyatın 4-7-ci günündə verilən poliomielit əleyhinə OPV peyvəndi ləğv olunub, əvəzində 3 aylığında inyeksiya formasında inaktiv poliomielit peyvəndinin tətbiqinə başlanılıb. Digər peyvənd turları əvvəlki təqvimdə nəzərdə tutulan yaşlarda aparılır.

Qeyd etmək lazımdır ki, əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla uşaqların əksəriyyətinin peyvəndə gətirilməsi təmin olunsa da bu işə biganə yanaşan, əsaslı səbəb olmadan peyvənddən imtina edən valideynlər də var. Bundan başqa müvəqqəti tibbi əks-göstərişə görə qrafikə uyğun peyvənd olunmayanlar sonradan müraciət etmirlər. Bu isə xəstəliklərin yayılması təhlükəsini yaradır. 6 yaşlı uşaqlar arasında QPM və DT peyvəndi vurulmayanlar var. Həmin uşaqların artıq bir aydan sonra məktəbə gedəcəklərini nəzərə alsaq, onların xəstəliklərdən qorunmasında göstərilən peyvəndlərin nə qədər rol oynadığı aydın olur.

Ona görə də əgər sizin uşağınız yeni peyvənd təqviminə uyğun hər hansı peyvəndi almayıbsa, o cümlədən 6 yaşında peyvənd olunmayıbsa onda ərazi tibb müəssisəsinə müraciət etməklə onu vaksinasiya etdirin. Bununla da həm uşağınızı, həm də ətrafda yaşayanları yolxucu xəstəliklərdən qorumuş olarsınız.

Yeni profilaktik peyvənd təqvimi

1-ci 12 saat ərzində

2 ay

3 ay

4 ay

6 ay

12 ay

18 ay

6 yaş

HepB

+

BCG

+

OPV

+

+

+

+

GDT-HB-Hib

+

+

+

Pnevmakok

+

+

+

İPV

+

+

QPM

+

+

GDT

+

DT

+

E.Bağırov,

İsmayıllı rayon GEM-nin epidemioloji şöbənin müdiri

Şərh Yaz