Qapılar hər gün açıqdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM), o cümlədən İcma Resurs və Qadın Resurs Mərkəzlərində psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə növbəti “açıq qapı” günü keçirilib.

UADM-lərin fəaliyyət göstərdiyi bəzi rayonlarda – Ağdam, Goranboy, İsmayıllı, Göygöl, Zaqatala, Hacıqabul, Saatlı, Zərdabda “açıq qapı” günü səyyar şəkildə keçirilib.

Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı müraciətlərə baxılıb və vətəndaşlara müvafiq dəstək göstərilib.

Müraciətlər arasında daha çox ailədaxili münasibətlərin tənzimlənməsi, uşaqla ünsiyyət, uşaq inkişafı, psixoloji və sosial xidmət, məişət zorakılığı, aliment, müayinə, müalicə, hüquqi yardım, övladlığagötürmə, sosial müavinətlər, məşğulluq, əlilliyi olan şəxslərə dəstək, əmlak bölgüsü və s. kimi məsələlər yer alıb.

Qeyd edək ki, əslində qapıları ehtiyaclıların üzünə istənilən iş günündə açıq olan bu müəssisələrdə növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub və bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.

Şərh Yaz