Şəhidlər heç zaman unudulmayacaq

İsmayıllının Sulut kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Sadiq Süleymanovun doğum günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

Mərasim iştirakçıları əvvəlcə kənd qəbristanlığında şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, unudulmaz ruhuna dualar ediblər.

Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, RİH-nin əməkdaşları, AQMƏVŞA ictimai birliyi İsmayıllı rayon filialının sədri Vidadi Zərbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər şəhid haqqında xatirələrini bölüşüb, onun göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bulağın inşasında əməyi keçənlərə öz təşəkkürlərini bildiriblər. Şəhidlərin heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhidin ailəsi şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, bulağın inşasında əməyi keçən şəxslərə təşəkkür ediblər.

Şərh Yaz