Türk yazarının əsəri müzakirə olunub

Türk şairi və yazıçısı Səbahəddin Alinin “Xəz paltolu madonna” əsərinin müzakirəsi keçirilib.

Bu gün İsmayıllı rayon Mərkəzi kitabxanasında “Mütaliəçilər” kitab klubunun üzvlərinin iştirakı ilə türk şairi və yazıçısı Səbahəddin Alinin “Xəz paltolu madonna” əsərinin müzakirəsi keçirilib. Müzakirə zamanı əsərin qəhrəmanları təhlil olunub, hərə öz münasibətini bildirib.

Xəz paltolu madonna” Səbahəddin Əlinin 1943-ci ildə nümayiş etdirdiyi bir romanıdır. Romanın baş qəhrəmanları Mariya Puder və Raif bəydir.

Raif sabun istehsalı texnologiyasını öyrənmək üçün atası tərəfindən Berlinə göndərilir. Almaniyanın paytaxtına gələn Raif vaxtının çox hissəsini kitab oxumağa və Berlini tanımağa sərf edir. Şəhərdə gəzintilərinin birində bir dəfə rəsm qalereyasına daxil olur. Orada Raifin diqqətini xəz paltarlı gənc qadın obrazı çəkir. Gənc adam sözün əsl mənasında şəkilə aludə olur, bütün vaxtını ona baxmaqla keçirir. Tezliklə Raifin diqqətini portretdəki qadına tam oxşayan qadın cəlb edir. Tanış olurlar, qadının adı Mariyadır, türk gəncinin diqqətini çəkən şəkil də onun portretidir…

Esmira Mikayılova

Şərh Yaz