Poeziyamızın iftixarı

İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq kitabxanası bölməsində XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyi ilə bağlı tədbir keçirib.

Uşaq Gənclər İnkişaf Mərkəzinin və kitabxananın əməkdaşları bu il şairənin 190 illiyinə həs olunmuş bir neçə tədbir keçiriblər.

Təşkilatçılar azyaşlı oxuculara Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən olan şairənin poeziyamızın iftixarı olduğunu və onun Azərbaycan mədəniyyəti tarixində rəssam kimi də şöhrət qazandığını bildiriblər. Tədbir iştirakçıları Natəvan yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Şərh Yaz