Təbrik edir, uğurlar arzulayırıq

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərini 2021-2022-ci tədris ilində XI sinfini bitirən məzunlarından xüsusi nümunəli Qırmızı attestat və Qızıl medallara layiq görülən 7 nəfər məzuna attestatlar və medallar təntənəli surətdə təqdim edilib. Təqdimat mərasimində Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə İsmayıllı və Ağsu Rayon Təhsil Sektorlarının rəhbərliyi və kollektivləri, ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin rəhbərliyi, məktəb direktorları, müəllimlər və valideynlər iştirak edib.

Qeyd edək ki, Qızıl medala və xüsusi, nümunəli Qırmızı attestatlara layiq görülən məzunlardan 6 nəfəri İsmayıllı, 1 nəfəri isə Ağsu rayon ümumtəhsil məktəblərinin payına düşür.

Məzunlarımızı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi və kollektivi adından təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq.

Şərh Yaz