Ailə büdcəsi idarə olunmalıdır

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailə büdcəsinin idarə olunması” mövzusunda təlim keçirilib.

Təlimdə ailə quruluşundan, bu quruluşun büdcəyə təsirindən, gəlir və xərclərin bölgüsündən geniş söhbət açılıb. Təlimdə ailənin məqsədlərinə çatması üçün gəlir və xərclərin hesablama qaydaları izah edilib, qənaət etməyin necə vacib olduğu qeyd olunub. Həmçinin gözlənilməz – fövqəladə xərcləri qaydaya salmaq üçün hansı addımların atılmalı olduğu izah olunub.

Aylıq, mövsümlük və illik xərclərin plana uyğun olaraq istifadəsinin vacibliyi, dövlətin yalnız qənaətdən yaranması da təlim iştirakçıların nəzərəinə çatdırılıb.

Sonda təlim iştirakçıları arasında mövzuya uyğun oyun keçirilib və qalibə mükafat təqdim edilib.

Nərgiz Əlövsətli,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin

Şərh Yaz