Qurban bayramında şəhid ailələri ziyarət olunub
8 iyul 2022-ci il tarixində İsmayıllı Regional Mədəniyyət İdarəsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsi və İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən Şəhid Vüsal Dəmirov, Şəhid Orxan Lətifli və birinci qrup əlil, musiqiçi İlham Dadaşovun ailələri ziyarət olunub. Şəhidlərin valideynləri və yaxınları ilə keçirilmiş görüş zamanı onların keçdiyi şərəfli döyüş yolu haqqında ətraflı məlumat verilib, bayram münasibətilə Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi yad edilib.
Daha sonra ailələrə İsmayıllı Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsi tərəfindən bayram sovqatı paylanılıb.
Allah Şəhidlərimizə rəhmət eləsin!

