2022-ci ilin yanvar-mart aylarında İsmayıllı rayonunun sənayenin inkişafı haqqında  

   

2022-ci ilin yanvar-mart aylarında əsas fəaliyyət növü sənaye olan 14 müəssisə fəaliyyət göstərmişdir. Həmçinin rayonda hüquqi şəxs yaratmadan əsas fəaliyyət növü sənaye olan fiziki şəxslərdən seçməyə cəlb olunanlardan 16-ı fəaliyyət göstərmişdir.

 2022-ci ilin yanvar-mart aylarında müvafiq ilin faktiki qiymətləri ilə malların istehsalı və xidmətlərin göstərilməsi 5190,6 min manat olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövründən nominal qiymətlərlə 13,5 faiz və yaxud 615,7 min manat çoxdur. 2022-ci ilin yanvar-mart aylarında sənaye məhsullarının istehsalı (xidmətlərin daxil olmaqla) 2021-ci ilin yanvar-mart aylarına nisbətən real ifadədə 32,5 faiz artmışdır.

Sənaye sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatlarının işinin qiymətləndirilməsi də nəzərə alınmaqla emal sənayesində 3497,1 min manatlıq malların istehsalı və xidmətlərin göstərilməsi olmuşdur. Keçən ilin müvafiq dövründə isə bu göstərici 2782,7 min manat təşkil etmişdir. Emal sənayesində keçən ilin müvafiq dövründən faktiki qiymətlərlə 714,4 min manat çox sənaye məhsulu istehsal edilmişdir. Sabit qiymətlərlə emal sənayesində 2,5 dəfə artım müşahidə olunmuşdur. Emal sənayesi üzrə istehsalın 70,6 faizi və ya 2468,0 min manatı qida məhsullarının istehsalına, 10,6 faizi və ya 369,3 min manatı içki istehsalına, 1,1 faizi və ya 38,4 min manatı tikinti materiallarının istehsalına, 7,4 faizi və ya 260,1 min manatı rezin və plastik kütlə məmulatlarının istehsalına, 10,3 faizi və ya 361,3 min manatı isə digər emal sənayesi məhsullarının istehsalına aiddir. 2021-ci ilin birinci rübü ilə müqayisədə qida məhsullarının istehsalı real ifadədə 74,9 faiz, içki istehsalı 13,6 dəfə, geyim istehsalı 2,1 dəfə artmışdır.

Sənayenin digər sahəsi olan elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində iş və xidmətlərin dəyəri ötən ildən 181,7 min manat azalaraq 1340,7 min manat təşkil etmişdir. Bu sektor üzrə sabit qiymətlərlə fiziki həcm indeksi 16,5 faiz az olmuşdur.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 352,8 min manatlıq, yəni əvvəlki ilin müvafiq dövründən 83,0 min manat və yaxud 5,5 faiz  sabit qiymətlərlə artım müşahidə olunmuşdur.

Yuxarıda qeyd olunmuş göstəricilərin müvafiq ilin fəaliyyətdə olan qiymətlərində mal və xidmətlərin buraxılışının cəminə nisbətən strukturu aşağıdakı kimidir:    

Sənaye məhsulu istehsalında qeyri-dövlət mülkiyyəti dövlət mülkiyyətini qabaqlamışdır. 2022-ci ilin hesabat dövrü ərzində qeyri-dövlət mülkiyyəti bölməsi üzrə 3497,1 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal qiymətlərlə 25,7 faiz çox təşkil edir. Dövlət mülkiyyəti üzrə məhsul istehsalı və xidmətlər göstərilməsinin həcmi isə 1693,5 min manat, yəni əvvəlki ilin müvafiq dövründən 5,5 faiz az olmuşdur. Dövlət mülkiyyətinin bütün sənaye istehsalında xüsusi çəkisi 32,6 faiz (əvvəlki ilin müvafiq dövründə isə 39,2 faiz), qeyri-dövlət mülkiyyətininki isə 67,4 faiz (əvvəlki ilin müvafiq dövründə isə 60,8 faiz) təşkil etmişdir.

Hesabat dövründə sənaye müəssisələrində 527 nəfər işçi çalışmışdır ki, onun da 148 nəfəri emal sənayesində, 173 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 206 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda olmuşdur. Sənayedə çalışanların orta aylıq əməkhaqqı 2022-ci ilin yanvar-mart aylarında 593,2 manat təşkil etmişdir. Orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə emal sənayesində 21,8 faiz, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 15,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9  faiz artmışdır. Ümumilikdə isə sənaye sektoru üzrə orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz artmışdır.

Əziz Əzizov,             

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                                          

             

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz