İsmayıllıda Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib           

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.

Yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov, millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli və rayon ağsaqqalları iştirak edib.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Tədbirdə respublikamızın son illər əldə etdiyi uğurlardan, qazanılmış nailiyyətlərdən, ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açılıb. İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov şuranın son iclasdan keçən dövr üçün hesabatını tədbir iştirakçılarının diqqətinə çatdırıb. V.Salehov rayon ağsaqqalları adından onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərinə minnətdarlığını bildirib.

Çıxış edənlər bildiriblər ki, Azərbaycanda ağsaqqallara ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğının bütün təzahürləri bu gün Prezident İlham Əliyevin siyasətində özünü aydın şəkildə göstərir. Respublikanın hər yerində olduğu kimi, İsmayıllıda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə rayon ağsaqqallarının da dəvət olunması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda Respublika Ağsaqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Hesabat yığıncağı iştirakçıların xatirə şəkli çəkdirməsi ilə yekunlaşıb.

Şərh Yaz