Mədəni irsimiz qorunmaqdadır                     

 

6 may 2022-ci il tarixdə İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbində, məktəbin musiqi müəllimi Elnarə Məmmədovanın təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı sinif konserti keçirilib.
T
ədbir iştirakçıları əvvəlcə Ulu öndərin İsmayıllı şəhərindəki abidəsini ziyarət ediblər, abidə önünə tər gül dəstələri qoyaraq, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramlarını bildiriblər.
T
ədbiri giriş nitqi ilə açan Uşaq İncəsənət Məktəbinin direktor müavini Eyvaz Abbasov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə çıxış edən Elnarə Məmmədova Azərbaycan mədəniyyətinin davamlı inkişafının təməlində ulu öndər Heydər Əliyevin ideyalarının dayandığını qeyd edib. Ulu öndər mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə göstərdiyi diqqətdən söz açıb. Bildirib ki, məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti və incəsənəti davamlı inkişaf yolu keçib. Bu gün biz qürur hissi ilə qeyd edirik ki, Ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun müzəffər davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib və özünün yeni dövrünü yaşayır. Son illərdə mədəniyyət xadimlərimiz həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində keçirilən mühüm tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edirlər.
Konsert proqram
ına uyğun olaraq məktəblərin təqdimatında bəstəkar Fikrət Əmirovun “Lay-lay”, Üzeyir Hacıbəylinin “Axşam oldu”, “Cənab leytenant” əsərləri, “Xudayar” təsnifi, “Laçın” musiqi nömrələri dinləyicilərin xüsusi marağına səbəb olub.

E.Qasımova

Şərh Yaz