Quşencə kəndində səyyar qəbul              

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov vətəndaşların təkliflərini, müraciətlərini və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə may ayının 19-da Quşencə kəndində səyyar qəbul keçirib.

Qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Rayon rəhbəri əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq İsmayıllı rayonunda görülən işlər barədə sakinlərə  məlumat verib. O bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaq.

Səyyar qəbulda sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
V
ətəndaşların müraciətləri nəzarətə götürülüb, həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəbul iştirakçıları Quşencə kənd tam orta məktəbində Vətən müharibəsi şəhidləri Taleh Qənbərli və Həsən Abdullayevin adını daşıyan sinif otaqları ilə tanış olub, xatirə guşəsinə baxış keçiriblər.

 

Şərh Yaz