“Şuşa İli”nə həsr olunmuş tədbir                 

 

“2022-ci ilin ölkəmizdəŞuşa İli” elan olunması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli sərəncamına əsasən, İsmayıllı rayonu T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbinin tədbirlər planına uyğun olaraq 13 may 2022-ci il tarixdə rayonun Qalacıq kənd tam orta məktəbində  “Şuşa ili” çərçivəsindəŞuşa Qarabağın incisidir” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şuşanın tarixi və mədəni irsinə həsr olunmuş tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Rusan Qasımov Şuşanın Azərbaycan mədəniyyətində və tariximizdə tutduğu yüksək mövqe haqqında fikirlərini bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan şanlı Zəfərdən bəhs edib. Bildirib ki, doğma Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın düşmən işğalından azad olunmasının hər birimizə sonsuz fəxarət və qürür hissləri bəxş edir. Tariximizə Zəfər günü kimi həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini və daim xatırlanacağını vurğulayan məktəb direktoru torpaqlarımızın azadlığı uğrunda canından keçən ölməz şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyib. 

Tədbirdə çıxış edən şagirdlər Şuşa şəhərinin yaranması və tarixi haqqında iştirakçılara məlumat veriblər, şeirlər səsləndiriblər. Məktəblilərin təqdimatında Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonda təqdim edilən “Şuşanın dağları” musiqisinə hazırlanmış rəqs və “Qarabağ” mahnısı alqışlarla qarşılanıb.

İsmayıllı xəbərləri”

 

 

 

 

 

 

 

 

Şərh Yaz