Salam, Şuşa şəhəri…                               

 

24 may 2022-ci il tarixdə İsmayıllı rayonunda “Şuşa İli” ilə bağlı tədbir keçirilib. Əvvəlcə Respublikanın Dövlət himni səsləndirilib.

Tədbirdə şəhid valideynləri, Şuşa şəhər 15 nömrəli ümumi orta məktəbi, Ağdam şəhər 30 nömrəli tam orta məktəbi və İsmayıllı rayon Kəlbənd kənd tam orta məktəbinin şagirdləri ilə bərabər qonaqlar da iştirak edib.

Sən əbədiyyət məskənisən, ey əziz, ey azad  yurdum  – Şuşa! Qəhrəmanlar diyarı, igidim, mərdim Şuşa! Qəhrəman övladların şanlı Vətəni!

Salam, Şuşa şəhəri,

Salam, şəhərlər tacı!
Ba
ğışla, sənə bunca

Yaşatdıq ağrı, acı.

 

Arxalı oldu yağı,

Aldı səni əlimdən.

Sənə qovuşmaq üçün,

Vaxt istədim ölümdən…

Tədbirin aparıcısı  Aytən Əliyevanın bu giriş sözlərindən sonra  məktəblilərin ifasında Şuşaya və Qarabağa həsr olunmuş mahnılar, şeirlər oxunub. Nümayiş etdirilən kompozisiya və rəqslər alqışlarla qarşılanıb.

Çıxış edənlər- Şəhid atası Aydın Abdullayev, Qaçqın və köçkünlərin İsmayıllı rayon ùzrə aparıcı nümayəndəsi Tahir Əliyev, Kəlbənd tam orta məktəbinin direktoru Bakir Əhmədov, Şuşa şəhər 15 nömrəli ümumi məktəbinin direktoru Nizami Şahvələdov, Tircan-ferma kənd ibtidai məktəbinin direktoru Qalib Məcnunova  30 illik Şuşa həsrətinə son qoyan Qələbənin sevincindən, şanlı ordumuzun qüdrətindən, qəhrəman əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqlarından söz açıblar. Onlar həmçinin tədbirin təşəbbüskarı və keçirilməsinin təşkilatçısı Uşaq kitabxanasının müdiri İnqa Namazovaya təşəkkür ediblər.

Sonda tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məşhur şüarı ilə yekunlaşıb: YAŞASIN ŞUŞA! YAŞASIN QARABAĞ! QARABAĞ AZƏRBAYCANDIR!

A.Əliyeva

Şərh Yaz