İşgüzar əlaqələr müzakirə edilib                   

 

Yaponiyanın Kosugi Zohen Co. LTD şirkətinin prezidenti Saki Kosugi İsmayıllıya səfər edib.

S.Kosugi və təmsilçisi Andreas Hamaşer İsmayıllı Rayon İcra Hakimiyyətinin qonağı olub.

Səmimi şəraitdə keçən görüşdə Yaponiya ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq münasibətlərinin inkişafı barədə ətraflı söhbət açılıb. Azərbaycanın İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında qardaşlaşmadan yaranan işgüzar əlaqələr, İsmayıllı şəhərində “Yapon bağı”nın hazırkı vəziyyəti geniş müzakirə edilib.

Qonaqlar “Yapon bağı”nda ağacların yapon mütəxəssisləri tərəfindən budanmasının, həmçinin bağda olan landşaft hissələrinin, piyada keçidlərinin və daş fənərlərin təmirinin vacib olduğunu qeyd ediblər.

Səmimi şəraitdə keçən görüşdə dostluq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyi, qarşıda duran işlərin lazımi səviyyədə həyata keçiriləcəyi bildirilib.

Şərh Yaz