RİH-də vətəndaşların qəbulu keçirilib             

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 6 aprel 2022-ci il tarixdə vətəndaşların növbəti qəbulunu keçirib.

RİH başçısı rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən rayon rəhbəri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Şərh Yaz