Səyyar qəbullar davam etdirilir                      

İsmayıllı rayonunda RİH-nin təsdiq etdiyi qrafikə əsasən əvvəlcədən təyin olunmuş səyyar qəbullar davam etdirilir.

Rayon rəhbəri Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar görüşü İsmayıllı rayonunun Gəraybəyli kəndində keçirilib. Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar tərəfindən kənddə elektrik və içməli su təchizatının yaxşılaşdırılması, kəndarası yolların təmir edilməsi, kənddə iş yerlərinin açılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.


***                                

Vətəndaşların problemlərinin yerində öyrənilməsi məqsədilə növbəti səyyar görüş Ruşan kəndində keçirilib. Səyyar görüşdə yerli sakinlərlə bərabər rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

Vətəndaşlar tərəfindən kəndə qaz xəttinin çəkilməsi, elektrik və su təchizatının yaxşılaşdırılması, kəndarası yolların və Vəng kəndinə gedən yolun təmir edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib.

Müraciətlər diqqətlə dinlənilərək  nəzarətə götürülüb. Onların bir qismi yerindəcə həll edilib, bir qismi isə həll olunmaq üçün aidiyyəti orqanlara, cavabdeh şəxslərə çatdırılıb.

Şərh Yaz