İsmayıllıda tibb mərkəzi açılıb                    

 

İsmayıllıda peşəkar həkimlərin fəaliyyət göstərəcəyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “Vitamin” özəl tibb mərkəzinin açılışı olub. Açılış İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.

Tibbi mərkəzdə xəstələrin müayinə və müalicəsi, eyni zamanda tibbi personalın rahat şəkildə fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb. Əvvəllər bəzi müayinə və müalicələr üçün qonşu rayonlara üz tutan rayon sakinləri bundan sonra yeni klinikanın xidmətlərindən istifadə edə biləcəklər. Peşəkar həkimlərin fəaliyyət göstərdiyi bu müəssisə deməyə əsas verir ki, qonşu rayonlardan da tibbi müayinələr üçün bura müraciət edənlər olacaq.

Tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar.

Şərh Yaz