İmmunlaşdırma  həftəsi

 

Bir sıra yolxucu xəstəliklərin qarşısının alınmasında profilaktik peyvəndlərin böyük rolu var. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası  haqqında” Qanuna və Milli peyvənd təqviminə uyğun olaraq hal-hazırda ölkəmizdə 9 peyvənd materialı ilə 11 yolxucu xəstəliyə qarşı immunlaşma tədbiri aparılır. Bunun da nəticəsində həmin xəstəliklərin qeydə alınması kəskin surətdə azalmışdır. Əhali arasında geniş səhiyyə maarifi  işləri aparılmaqla uşaqların əksəriyyətinin peyvəndə gətirilməsi təmin olunsa da bu işə biganə yanaşan, əsaslı səbəb olmadan peyvənddən imtina edən valideynlər də var. Bundan başqa müvəqqəti tibbi əks-göstərişə görə qrafikə uyğun peyvənd olunmayanlar sonradan müraciət etmirlər. Bu isə xəstəliklərin yayılması təhlükəsini yaradır.

Qeyd olunanları nəzərə alaraq Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə qoşularaq 2022-ci ilin 24-30 aprel tarixlərində Respublikada “İmmunlaşdırma həftəsi” keçirilməsi haqqında əmr vermişdir. Həmin əmrlə peyvənd işi aparılan tibb müəssisələrinə tapşırılmışdır ki, hər hansı səbəbdən immunlaşdırmadan kənarda qalmış uşaqların həftə ərzində peyvəndlərə cəlb edilməsi təmin edilsin. Bununla əlaqədar səhiyyə müəssisələri hazırlıq işlərinə başlamışlar. Bu sahədə valideynlərin də üzərinə böyük məsuliyyət düşür.

Əgər sizin uşağınız Peyvənd təqviminə uyğun hər hansı peyvəndi almayıbsa, onda ərazi tibb müəssisəsinə müraciət etməklə onu vaksinasiya etdirin. Bununla da həm uşağınızı, həm də ətrafda yaşayanları yolxucu xəstəliklərdən qorumuş olarsınız.

 

PROFİLAKTİK  PEYVƏND  TƏQVİMİ

 

  1-ci 12 saat ərzində 4-7-ci gün 2 ay 3 ay 4 ay 6 ay 12 ay 18 ay 6 yaş
HepB +                
BCG   +              
OPV   + + + +     +  
Hib     + + +        
Pnevmakok     +   + +      
QPM             +   +
GDT               +  
DT                 +

E.Bağırov,

İsmayıllı Rayon GEM-nin epidemioloji şöbəsinin müdiri

 

 

 

Şərh Yaz