25 məktəbli bilik yarışında fərqlənməyi bacarıb            

 

İsmayıllı İntellektual Oyunlar Klubunun nəzdində fəaliyyət göstərən İsmayıllı Regional Gənclərin Resurs Mərkəzi və İsmayıllı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şagirdlər arasında təşkil edilmiş “Bilik yarışı”nda fərqlənən bir qrup məktəbli ilə görüş keçirilib.

Bilik yarışının keçirilməsində əsas məqsəd rayon məktəblilərinin bilik potensialını üzə çıxarmaq, məktəbliləri təhsilə, savadlanmağa sövq etmək və qəbul imtahanlarına hazırlıqdan ibarətdir.

Bilik yarışında ümumilikdə 25 məktəbli fərqlənməyi bacarıb. 640 balla ən yüksək nəticəni 3-cü sinif şagirdi Fuad Əsədli əldə edib.

Mükafatçılara Diplom və dəyərli hədiyyələr təqdim edilib. Mütəmadi olaraq keçirilməsi planlaşdırılan növbəti yarışma 8 may tarixində saat 10:00-da “9 May – Qələbə Günü”nə həsr olunacaqdır.

 

Şərh Yaz