İsmayıllıda Zərifə Əliyevanın doğum günü qeyd olunub           

 

Bu gün İsmayıllı rayon Heydər Əliyev Mərkəzində RİH əməkdaşlarının, idarə,müəssisə rəhbərlərinin, rayonun ictimai fəallarının, ziyalılarının, həkimlərin iştirakı ilə Zərifə Əliyevanın anadan olmasının 99 illiyi qeyd olunub.

Tədbirdə Zərifə Əliyevanın həyatına həsr olunmuş sərgiyə baxış keçirilib, film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Sevil Əhmədova oftalmologiya elminə böyük töhfələr vermis akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. Onu tanınmış oftalmoloq, mərhəmətli həkim, göz xəstəliklərinin müalicəsi üzrə görkəmli mütəxəsis, böyük ziyalı, dəyanətli ömür-gün yoldaşı, ləyaqətli xanım, ölkə üçün nümunəvi ana kimi xarakterzə edib. Qeyd edib ki, elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. Bu ailədə torpağına, Vətəninə bağlı iki övlad yetişib: “Zərifə xanımın ömür yollarında birgə addımladığı həyat yoldaşı, müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev, Ümummilli Liderin məktəbindən bəhrələnən Prezident İlham Əliyev.”

Çıxışlarda qeyd olunub ki, alimin bu gün də elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir. Diqqətə çatdırılıb ki, görkəmli oftalmoloq Zərifə Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmlənib. Çıxış edənlər görkəmli alim, ən ülvi, nəcib dəyərləri özündə yaşadan Zərifə xanım Əliyevanın işıqlı xatirəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıqla yad ediləcəyini söyləyiblər.

Sonda Zərifə xanım Əliyeva həsr olunmuş musiqisi Sevil Əliyevaya aid olan “Ana” mahnısı səsləndirilib.

Şərh Yaz