Nəzəri biliklər təcrübədə möhkəmlənir            

İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin  meşə və meşə-park təsərrüfatı ixtisası üzrə buraxılış ilinin 2419 qrup tələbələri tez-tez Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin tingçilik sahəsində istehsalat təcrübəsində olurlar.

Kollecdən təyin olunmuş istehsalat təcrübə rəhbəri Hacı Məmmədov və digər məsul şəxslər mütəmadi olaraq təcrübə keçirilən əraziyə baş çəkirlər. Ərazidə tələbələrə tinglərin əkilməsi, suvarılması, bərpa olunacaq ərazilərə köçürülməsi, meşənin mühafizə olunması və bu sahə üzrə digər görüləsi işlər təcrübə rəhbərləri tərəfindən öyrədilir.

 

Şərh Yaz