Tələbələr təcrübədə                     

 

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin  məktəbəqədər təlim tərbiyə qruplarından təcrübəyə buraxılan tələbələr 5 yanvar 2022-ci il tarixindən İsmayıllı rayonunun 1, 2 və 3 saylı Uşaq Bağcalarında pedaqoji təcrübədə iştirak edirlər.

Təcrübə müddətində tələbələr müəllimlərin dərslərində iştirak edir, dərs prosesi, dərsin təşkili, uşaqlarla davranış qaydaları ilə yaxından tanış olurlar. Təcrübəçi tələbələrimizin hər biri müxtəlif qruplarda (böyük, orta və kiçik qrupda) fəal, interaktiv təlimin tələblərinə uyğun, əyani və metodiki vasitələrdən istifadə edərək dərslər təşkil edirlər.

Şərh Yaz