Cins seçiminin qarşısı alınmalıdır               

 

Mart ayının 16-da İsmayıllı şəhərinin “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarda İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Xətai Daşdəmirov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Abdullətif Maqsudov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Vasif Teymurov və Qaya Xalıqov, dini icmaların rəhbərləri, üzvləri, eləcə də gənclər iştirak ediblər.

Çıxışlar zamanı uşaqların doğulanadək cinsinin seçilməsinin qarşısının alınması, ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlük verilməsinin azaldılması, cəmiyyətdə gender bərabərliyinin önəmi, selektiv abortun qanuni, tibbi və dini cəhətdən qadağa və zərərləri vurğulanıb. Dini icma üzvləri və dəvətlilər mövzu ilə bağlı fikirlərini bildiriblər.

A.Səmədov

Şərh Yaz