Alqışlarla qarşılanan tədbir            

              

 

E.Həsənov adına Mücühəftəran kənd tam orta məktəbinin builki Novruz şənliyi 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə və “Şuşa İli”nə həsr olunub.

Tədbirdə məktəbin tədris işləri üzrə direktor müavini Mahir Cəfərov çıxış edərək şagirdləri, məktəb kollektivini, eləcə də Azərbaycan xalqını milli  bayram münasibətilə təbrik edib.

Müəllim çıxışının sonunda xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq diləyib.

Şagirdlərin rəngarəng çıxışları, kiçik bayram səhnəcikləri izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

İsmayıllı xəbərləri”

Şərh Yaz