Şəhid ailələri və qazilərlə görüş keçirilib            

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qazisi və bir neçə şəhid ailəsi ziyarət olunub.

Görüşdə federasiyanın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qazilər və şəhid ailələri ilə sosial-psixoloji söhbətlər aparılıb. Söhbət zamanı qazilərimizin paralimpiya hərəkatına qoşulması təklif olunmuş və İsmayıllı rayonu ərazisində Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının nümayəndəliyinin açılması barədə təşəbbüs irəli sürülüb.

Şərh Yaz