İdmanın təbliği, vətənpərvərlik ruhunun aşılanması              

18 yanvar 2022-ci il tarixdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin (Gİİ) təşkilatşılığı ilə İsmayıllı Olimpiya-İdman Kompleksində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd cüdo idman növünə olan marağın artırılması, kütləviliyinin təbliği, 20 Yanvar şəhidlərinin idmançılara tanıdılması, idmançıların təlim-məşq prosesinin təkmilləşdirilməsi, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi və gənclər arasında cüdo idman növünün inkişaf etdirilməsidir.

Tədbirdə İsmayıllı Rayon Gİİ-nin rəisi Taleh Salehov, cüdo üzrə məşqçi-müəllimlər Əkbər Şəfaqətov, Nurlan Salmanzadə iştirak ediblər.

Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İsmayıllı rayon Gİİ-nin rəisi T.Salehov çıxış edərək yarış iştrakçılarını salamlayıb, onlara uğurlar arzulayıb və  bildirdi ki, Qanlı Yanvar faciəsindən 32 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyinin keçirilməsi də cüdo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması üçün birgə səylərin göstərilməsinə xidmət edir.

Yarışın qalibləri İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

Şərh Yaz