Ədəbiyyata və bədii yaradıcılığa meylli fizika müəllimi            

 Oxucularımıza İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin fizika müəllimi Günay Qəniyevanı təqdim edirik. O, müəllim olmaqla yanaşı gənc yazar kimi iki kitabın müəllifidir.

Günay Hümbət qızı Qəniyeva 24 noyabr 1989-cu ildə İsmayıllı rayonunda anadan olub.

Orta təhsilini İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin fizika fakultəsinə qəbul olunub.

G.Qəniyeva hazırda İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbində fizika müəllimi işləyir. Çox sevdiyi fənni məktəblilərə öyrətməyə qüvvə və bacarığını əsirgəmir. Elə bu səbəbdən dərs dediyi şagirdlərin, müəllim həmkarlarının dərin hörmətini qazanıb.

Günay müəllimi hamıya əziz edən cəhətlərdən biri də onun ədəbiyyata, bədii yaradıcılığa meylli olmasıdır.  Onun “Fədakar” və “Sehirli meşə” adlı kitabları dərin oxucu rəğbəti qazanıb. Günay müəllim “Sehirli meşə”  adlı kitabında cəmlənmiş nağılların bir çoxunu videoçarxa köçürüb. Gənc və yaradıcı müəllimin yaxın gələcəkdə yeni əsərlərinin oxucusu olmaq arzusundayıq.

İsmayıllı xəbərləri” 

 

 

Şərh Yaz