20 Yanvar – Azadlığı qanla yazdıq               

 

20 Yanvar – Hüzn Gününün yad edilməsi və Azərbaycan xalqının azadlıq mübarizəsinin ön plana çəkilməsi, yetişən nəslə ötürülməsi məqsədi ilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin, F.Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbinin və İsmayıllı rayon MKS-nin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

İlk olaraq 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib və 20 Yanvar günündən, Azərbaycan xalqının azadlıq mübarizəsindən bəhs edilən filmə baxılıb. Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Haşımov çıxışında 20 Yanvar hadisələri haqqında danışıb. Bu tarixi günün Azərbaycan xalqının həyatında oynadığı roldan və bunların uşaqlar, gənclər arasında təbliğ olunması və tanıdılması istiqamətində hansı işlərin görülməsinin vacibliyini vurğulayıb.

İsmayıllı rayon MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Ruhiyyə Mirzəyeva çıxışında Qanlı Yanvar haqqında təəssüratlarından və bu tarixi günün indiki zəfər tariximizdə oynadığı roldan danışıb.

MKS-nin əməkdaşı Nailə Həmzəyeva “20 Yanvar – Hüzn Günü”nün tarixi ilə bağlı məruzə edib.

Sonda çıxış edən İsmayıllı rayon Heydər Əliyev Mərkzəzinin direktoru Mayıl Fərəcov 20 Yanvarda xalqımızın başına gətirilən bəlalardan, bu bəlaların əsas günahkarlarından söz açıb  və Azərbaycan xalqının bu bəlalardan xilas olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, qurduğu düzgün strategiya sayəsində qazandığımız Qələbədən danışıb.

Esmira Mikayılova

Şərh Yaz