Şagirdlərlə maarifləndirici tədbir keçirilib               

İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH), İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ), İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının (RMX)  birgə təşkilatçılığı ilə N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Qalib Bəşirov açıb.

RPŞ-nin rəisi, polis polkovnik Şəmşir Kazımov mövzu ilə bağlı çıxış edib, zərərli vərdişlərin insan orqanizminə və həyatına, ümumilikdə cəmiyyətə göstərdiyi mənfi təsirlər barədə şagirdlərə məlumat verib.

RMX-nin narkoloq həkimi Mahir Azayev, RİH-nin Hüquq şöbəsinin müdiri Pakizə Ağayeva narkamaniyanın törətdikləri fəsadlardan bəhs edib, belə hallara qarşı mübarizədə nəinki hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyətin üzərinə böyük məsuliyyətin düşdüyünü bildiriblər. Çıxışlardan sonra əsrin bəlası sayılan narkomaniyadan bəhs edən video-çarx nümüyiş etdirilib.

Tədbirdə İsmayıllı RİH-nin məsul əməkdaşı Nəsimi Teymurov, İsmayıllı RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Rahim Orucov, məktəbin müəllimləri də iştirak ediblər.

Məktəb direktoru Q.Bəşirov maarifləndirici tədbiri keçirın təşkilat və şəxslərə təhsil ocaşının kollektivi adından təşəkkür edib.

İsmayıllı xəbərləri”

Şərh Yaz