Vətəni ürəkdən sevmək tövsiyə olunub                        

????????????????????????????????????

????????????????????????????????????

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində Qoşakənd kənd tam orta məktəbində həyata keçirilən “İstedad sorağında” layihəsinin tədbirlər planına uyğun olaraq vətənpərvərlik mövzusunda yazan İsmayıllı yazarlarından şair Şahməmməd Dağlaroğlu ilə görüş keçirilmişdir.

Əvvəlcə şagirdlər şairin 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Döyüşən sətirlər” kitabından qələbə soraqlı şeirləri səsləndirmiş, sonra söz şairə verilmişdir. Görüşün təşkilinə görə minnətdarlığını bildirən Şahməmməd Dağlaroğlu şagirdlərə daha yaxşı oxumağı, Vətəni ürəkdən sevməyi tövsiyə etmiş, kitabdan bir neçə şeiri dinləyicilərə çatdırmışdır.

Görüşdə iştirak edən layihənin eksperti Şahin Gənciyev əsas məqsədi şagirdlərin fərdi istedad və yaradıcılıq qabiliyyətlərinin formalaşmasına, inkişaf etdirilməsinə yönələn layihənin uğurla həyata keçirilməsinə görə layihə rəhbəri Məlakə Mövlamovaya və təlimçi Şəlalə Abbasovaya öz təşəkkürünü bildirmiş, gələcəkdə də bu cür layihələrdə yaxından iştirak etməyi məktəb kollektivinə tövsiyə etmişdir.

Etibar Nurməmmədov,

məktəbin müəllimi

Şərh Yaz