Maarifləndirici tədbir keçirilib                        

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair “Tədbirlər planı”na uyğun olaraq İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbinin fəaliyyət planı çərçivəsində 17 dekabr 2021-ci il tarixdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər son dövrlərdə narkotk vasitələrin aludəçilərinin sayının çoxalmasını və xüsusən də bu çoxalmanın gənclər arasında yayılmasından danışıb və narkomaniyaya qarşı hər birimizin mübarizə aparmalı olduğumuzu vurğulayıb, narkomaniyanın zərərləri və ondan qurtulmanın yolları ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər.

Məktəb rəhbərliyi tədbirin təşkili və keçirilməsində əməyi olanlara təşəkkür edib.

M.Məmmədova

Şərh Yaz