Qabaqcıl təcrübə öyrənilir                         

 

Regionlarda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası çərçivəsində təlimlər keçirilib

30 noyabr-02 dekabr 2021-ci il tarixlərində Saatlı və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində də məişət zorakılığı qurbanları ilə iş üzrə təlimlər keçirilib.

Təlimlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub.

Litvalı ekspertlər Audra Mikalauskaite və Daine Urbanaite tərəfindən keçirilən təlimlər zamanı məişət zorakılığı sahəsində xidmətlərin göstərilməsində beynəlxalq standartların tətbiqi, məişət zorakılığı hallarının həllində qurumlararası əməkdaşlıq və fəaliyyətlərin koordinasiyası, eləcə də məişət zorakılığı hallarına cavab tədbiri olaraq fərdi fəaliyyət planlarının hazırlanması kimi mövzular əhatə olunub.

İsmayıllı rayonunda keçirilən təlimlərdə İsmayıllı UADM-lərin əməkdaşları (sosial işçilər, psixoloqlar), yerli icra hakimiyyəti orqanları yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının və bələdiyyələrdə yaradılmış gender komissiyalarının üzvləri iştirak ediblər.

Qabaqcıl təcrübəni öyrənənlərə setifikatlar verilib. Yekunda xatirə şəkli çəkilib.

Lalə Kəbirova

Şərh Yaz