Nizami bəşərin övladıdır                

 

21 dekabr 2021-ci il tarixdə İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Aləm deyir, övladsan sən dünyaya, Nizami” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin və kitabxananın əməkdaşları iştirak ediblər. Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilən tədbirdə dahi şairin əsərlərindən kompozisiyalar təqdim olunub və qəzəllər səsləndirilib.

Sonda Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən tədbirdə fəal iştirak edən şagirdlər Təşəkkürnamələrlə təltif olunublar.

E.Mikayılova

 

 

Şərh Yaz