Kənd təsərrüfatındakı yeniliklər öyrənilir                

 

12 dekabr 2021-ci il tarixdə İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin aqrar texnologiyalar üzrə fənn birləşməsinin müəllimi Mətanət Ağayevanın iştirakı ilə 2721 və 6721 qruplarının birgə hazırladığı “Dünyada və Azərbaycanda kənd təsərrüfatının inkişafı” adlı tədbir keçirilib.

M.Ağayeva son zamanlar kənd təsərrüfatının müxtəlif sahələrindəki yeniliklər barədə ətraflı məlumat verib. O,  buğda və pambıq bitkilərinin tirəyə səpin üsulunun üstünlüklərindən danışıb.

Tədbirdə tələbələr Prezident cənab İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi qayğıdan, işğaldan azad olunmuş yorpaqlarda bağların salınması, sahələrin əkin üçün hazırlanmasından danışıblar.

Çıxış edən tələbələr bildiriblər ki, bu cür tədbirlər gələcəkdə onların bir aqronom kimi yetişməsi üçün çox önəmlidir. Müəllimlər tələbələrə bu sahədə uğurlar arzulayıblar.

Elmir Ağayev

Şərh Yaz