Başçı məktəb kollektivi ilə görüşüb                          

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin kollektivi ilə görüşüb.

23 dekabr 2021-ci il tarixində N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbə gələn rayon rəhbəri əvvəlcə məktəbin şəhid məzunlarının xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Daha sonra RİH-in başçısı məktəbin pedaqoji kollektivi ilə görüşüb, onları düşündürən və narahat edən problemlərlə maraqlanıb, məktəbin iş rejimi ilə tanış olub, sinif otaqlarını gəzib, tədris prosesini izləyib, şagirdlərin vətənpərvərlik mövzusunda çıxışlarını dinləyib. Rayon rəhbəri məktəbdə fəaliyyət göstərən “STEAM” mərkəzinin müasir təhsil avadanlıqları ilə təchiz edilmiş otaqlarında olub, onların gələcək iş proqramı ilə maraqlanıb.

Məktəbin rəhbəri və pedaqoji kollektivi məktəbin inşası üçün  Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin yeni binası 2021-ci ilin noyabr ayının 1-də ölkə rəhbəri cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın

İsmayıllıya səfəri zamanı istifadəyə verilib.

Şərh Yaz