Çempionla görüş                    

 

14 dekabr 2021-ci il tarixində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə əsasən “Çempionumuz” layihəsi çərçivəsində İsmayıllı rayon 3 nömrəli məktəb-liseydə karate-do idman növü üzrə 12 dəfə respublika çempionu, çoxmübarizəli döyüş növü üzrə dünya çempionu, Budo döyüş növü üzrə dünya mükafatçısı, beynəlxalq turnirlərin qalibi və mükafatçısı Bayram Qəhrəmanov ilə yeniyetmə və gənclərin görüşü keçirilmişdir.

Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı rayon 3 nömrəli məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov və məktəbin müəllim və şagird heyəti iştirak edirdi.

Layihənin keçirilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ edilməsi,müxtəlif səviyyəli idman yarışlarında qalib gələrək çempion tituluna yiyələnmiş idmançılarımızı daha geniş yeniyetmə və gənc auditoriyalara təqdim etmək, idman sahəsində marifləndirmə işlərinin genişləndirilməsi, yeniyetmə və gənclər arasında könüllülük prinsipləri ilə bağlı ilkin təsəvvürləri formalaşdırmaq məqsədi daşıyır.

Çempion görüşdə iştirakçılara keçdiyi idman yolu, idmanda qazandıqları uğur, çətinliklər, nailiyyətlər haqqında söhbət edərək, onları maraqlandıran sualları cavablandırıb.

Şərh Yaz