Şəhid qəbri ziyarət olunub                     

11 dekabr 2021-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb və təbiət elmləri fənn birləşmə komissiyasının təşkilatçılığı ilə kollecin bir qrup müəllim və tələbəsi İsmayıllı rayonunun Diyallı kəndində şəhid Tural Şıxızadənin anım mərasimində iştirak edib.

Tural Ətraf oğlu Şıxızadə 2002-ci il mayın 30-da Diyallıda anadan olub. Kənd məktəbini bitirdikdən sonra, idmanla ciddi məşğul olub. Bir sıra yarışların qalibi olmaqla, medal və diplomlara layiq görülüb. 2020-ci il iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Goranboy rayonunda xidmət edən Tural Vətən müharibəsi başlanan gündən etibarən döyüşlərə qatılıb. Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Tural Şıxızadə oktyabr ayının 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda “medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

R.Qasımov

Şərh Yaz