Əbədiyaşar lider           

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), özünün Uşaq şöbəsi ilə birgə, eləcə də  MKS-nin şəhər və kənd filialları müxtəlif mövzularda əbədiyaşar liderin həyat və fəaliyyətini əks etdirən tədbirlər keçiriblər.

Keçirilən tədbirlərdə ilk öncə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fəal oxucular Öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Kitabxana əməkdaşları Ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında geniş  məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

1998-ci il oktyabr ayının 11-dən ikinci dəfə Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayan  Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

Sonda İsmayıllı Rayon MKS-nin əməkdaşları ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək, abidə önünə güllər düzüblər.

Esmira Mikayılova

Şərh Yaz